Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
15:12 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 9%-də sabit saxlayıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının press-relizində məlumat verilir.
Qeyd edək ki, Rusiya Bankı bu il 3 dəfə faizləri azaldıb. Bugünkü iclasda Direktorlar Şurası qeyd edib ki, inflyasiya hədəfə yaxın səviyyədə qalıb, iqtisadi fəallıq isə bərpasını davam etdirib. Buna baxmayaraq, qısa və ortamüddətli inflyasiya riskləri qalmaqda davam edir. İclasdan əvvəl keçirilən sorğuda ekspertlərin yarısı faizlərin azaldacağını düşünsə də, Rusiya Bankı onu sabit saxlamaq qərarı verib.
"Report" xəbər verir ki, alınmış qərar rublun məzənnəsinə təsir etməyib və məzənnə 59,5 RUB/USD səviyyəsində qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-merkezi-banki-ucot-derecesini-sabit-saxlayib123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR