Rəsmi Moskva Rusiyada ABŞ diplomatlarının sayını azaltmağı tələb edir

Rəsmi Moskva Rusiyada ABŞ diplomatlarının sayını azaltmağı tələb edir
15:12 28 İyul 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədar rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edir.
"Report"un məlumata görə, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Sanksiyaların tətbiqi ilə bağlı rəsmi Moskva ABŞ tərəfinə sentyabrın 1-dək diplomatik missiyalada çalışan əməkdaşların və texniki personalın sayını 455 nəfərə azaltmağa təklif edib.
"ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə ABŞ hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik", - Rusiya XİN bildirib.
Bununla yanaşı, Rusiya tərəfi avqustun 1-dən ABŞ-ın Rusiyadakı səfirliyi tərəfindən Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Borda bütün anbarların istifadəsini dayandırır.
"Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq", - Rusiya XİN-in bəyanatında deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/resmi-moskva-rusiyada-amerika-diplomatlarinin-sayini-azaltmagi-teleb-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR