Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

Basketbol üzrə Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq
15:22 28 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ 16 yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala vəsiqə qazanıb.
“Report”un məlumatına görə, Elşən Yusubovun baş məşqçisi olduğu kollektiv yer aldığı B qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb.
Son görüşdə meydan sahiblərinə uduzan (66:67) yığma, əvvəlki matçlarda Monako (74:63), Albaniya (78:66) və San-Marinoya (90:62) qalib gəlməklə buna nail olub.
Azərbaycan millisi yarımfinalda A qrupunun qalibi Ermənistan yığması ilə qarşılaşacaq. İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/basketbol-uzre-azerbaycan-millisi-ermenistan-yigmasi-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR