Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında

Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında
15:22 28 İyul 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Avrokubokların cari mövsümünün ən uğurlu ölkələrinin siyahısı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra zirvədə Kipr qərarlaşıb.

Ada ölkəsinin klubları 3,250 xala sevinib. İsrail 3,000 xalla ikincidir. Danimarkalılar isə ilk "üçlüy"ü qapayır - 2,625.
 
Azərbaycan da ən yaxşılar arasında yer alıb. "Top-10"da qərarlaşan ölkəmiz 6-cı yerin şəriklərindəndir. 2,375 xal qazanan Azərbaycan Skandinaviya təmsilçiləri İsveç və Norveçlə eyni göstəriciyə malikdir.
 
Avrokubok mövsümün "Top-10"u
1. Kipr - 3,250
2. İsrail - 3,000
3. Danimarka - 2,625
4. Xorvatiya - 2,500
5. İngiltərə - 2,428
6-8. Azərbaycan - 2,375
İsveç - 2,375
Norveç - 2,375
9. Polşa - 2,250
10. Litva - 2,125

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR