Rus gözəllərin Bakı sərgüzəştləri... - FOTO

Rus gözəllərin Bakı sərgüzəştləri... - FOTO
15:37 28 İyul 2017
129 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gündən etibarən MDB-nin ən böyük festivallarından biri "Jara"ya start verilib. Musiqi gecəsində iştirak etmək üçün bir çox məşhurlar Bakıya axın ediblər.

Milli.Az qafqazinfo-ya xəbər verir ki, onlar rəsmi instaqram hesablarında paytaxtımız barədə təəssüratlarını bölüşüblər. 

SSRİ-nin xalq artisti Sofiya Rotaru Bakıya gələn məşhurlar sırasındadır. O, oğlu Ruslan Yevdokimenko, gəlini Svetlana və model nəvəsi Sofiya Yevdokimenko ilə birfə festivala qatılıb. 

Müğənni-aktrisa rəsmi instaqram səhifəsində ailəsinin festivala buraxılış vəsiqələrini paylaşıb.  Onun model nəvəsi isə "Flame Towers"in qarşısında foto çəkdirib, sosial şəbəkədə yayımlayıb. 


"Jara"da Rusiyanın əməkdar artisti Anita Çoy da iştirak edib.  O, 309 minlik rəsmi instaqram səhifəsində konsertin təşkilatçılarına təşəkkürünü bildirib:

"Əziz Araz və Emin Ağalarov, hörmətli bakılılar. Mən artıq üçüncü dəfədir ki, günəşli şəhərinizdəyəm. İstəyirəm ki, sizə səmimi qəlbdən minnətdarlıq bildirim. Sizin əliaçıqlığınız, qonaqpərvərliyiniz, bizə isti münasibətiniz özüylə güc, sevgi gətirir. Sizin üçün oxumaq şərəfdir. Xoşbəxt olun"


Musiqi gecəsinin açılışında ən diqqət çəkən məşhurlardan biri Vera Brejneva olub.  O, 8 milyonluq hesabında festivalla bağlı maraqlı fotolar paylaşıb. 

Rusiyanın ən qalmaqallı ulduzu Olqa Buzova da "Jara"da çıxış edən məşhurlardandır. Olqa 10 milyonluq instaqram səhifəsində Bakıyla bağlı maraqlı paylaşımlar edib.  İfaçı festivalın təşkilatçılarına minnətdarlığını bildirib: 

"Bakıda bizi çox yaxşı qarşıladılar. Bura çox istidir. Emin, bu gecəyə görə təşəkkür". 

Rusiyanın məşhur müğənnisi İrina Dubçova da Azərbaycana təşrif buyuran ulduzlar siyahısındadır. O, sosial şəbəkədə "Jara" ilə bağlı ən çox paylaşım edən sənətçidir. Tanınmış sima Bakıda xeyli istirahət etdiyini, hətta Xəzər dənizində üzdüyünü bildirib. 

Musiqi gecəsinin kişi ulduzlarından biri Aleksandr Panayotovdur.  O da həmkarları kimi Bakıda olduğuna görə məmnunluq hissi keçirdiyini rəsmi hesabında qeyd edib. 

Bakıda qonaq olan digər dünya ulduzu "Rammstein"in solisti Till Lindemanndır. O, festivaldan bir neçə gün öncə Azərbaycana gəlib. Till festival ərəfəsində İçərişəhəri gəzib, fotoları sosial şəbələrdə yayılıb. 


"Jara"nın təşkilatçılarından olan Qriqoriy Leps də festivalda çıxış edən ulduzlar sırasındadır. O, rəsmi instaqram hesabında fotolarını paylaşaraq "qonaqları gözləyərkən" şərhini yazıb. 

Festivalın əsas ulduzlarınb biri də Ani Lorak olub. Ukraynalı müğənni 3 milyonluq instaqram səhifəsində Bakıda çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR