İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb

İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb
15:42 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb. Bu barədə "Report“a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.
Vurğulanıb ki, plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialı mövcuddur, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejimi istehsal olunan məhsulların region ölkələrinin bazarlara ixrac imkanları yaradır.
Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.
Görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/i-qtisadiyyat-naziri-almaniyanin-temco-group-sirketinin-rehberi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR