"Forbes": Bakı və "Formula-1" ideal cütlük olub

"Forbes": Bakı və "Formula-1" ideal cütlük olub
15:52 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ "Azərbaycan maraqlı tədbirlər keçirir və ziyarət üçün bir sıra cəlbedici yeri var."
"Report"un məlumatına görə, bu, "Forbes" nəşrində dərc edilmiş məqalədə deyilir.
"Şərq ilə Qərb görüşür. Tarix boyu çox yerlər iddia edirdi ki, məhz onlar bu mühüm mübadilənin məkanıdır. Onların çox az hissəsi Azərbaycan və onun paytaxtı Bakı qədər üstünlüklərə malikdirlər", - müəllif yazır.
Nəşr xatırladır ki, Bakıda 2012-ci ildə populyar "Eurovision" müsabiqəsi, 2015-ci ildə Avropa Olimpiya Komitəsinin dəstəyi ilə Avropa Oyunları, cari ildə isə İslam həmrəylik Oyunları üçün Yaxın Şərq, Asiya və Afrikanın 56 ölkəsindən atlet toplayıb. Bununla yanaşı, "Formula-1", Moda Həftəsi və Novruz Festivalı kimi tədbirlər Bakıya iki milyona qədər turist cəlb edir.
Yeni yaradılmış Milli Turizm Bürosunun direktoru Fuad Nağıyev nəşrə müsahibəsində vurğulayıb ki, Azərbaycan 90-dan çox ölkə üçün viza rejimini sadələşdirib: "İndi ərizə verərək üç saat ərzində onlayn viza ala bilərsiniz."
"Bakı və "Formula-1" ideal cütlük olub", - məqalənin müəllifi vunu xüsusi vurğulayaraq əlavə edib ki, Bakıda "Formula-1" yürüşü çərçivəsində 378 km/saatda sürət rekordu qoyulub.





Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/forbes-baki-ve-formula-1-ideal-cutluk-olub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR