Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları avadanlıqları alacaq

Şahdağ Turizm Mərkəzi informasiya texnologiyaları avadanlıqları alacaq
16:02 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC informasiya texnologiyaları avadanlıqlarının satınalınması məqsədilə kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, iddiaçılar kotirovka təkliflərini avqustun 2-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.
Təkliflərə avqustun 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37,777 mln. manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/sahdag-turizm-merkezi-informasiya-texnologiyalari-avadanliqlari-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR