® Unibank daha bir nominasiyanın qalibi olub

® Unibank daha bir nominasiyanın qalibi olub
16:19 28 İyul 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Unibank  VISA kartları ilə edilən nağdsız ödəniş  dövriyyəsini ən çox artıran bank nominasiyasının qalibi olub. Nominasiya  VISA  ödəniş sistemi tərəfindən 2017-ci ilin 1-ci rübünün nəticələrinə əsasən müəyyənləşdirilib. 

 

Unibank  kartları ilə nağdsız ödənişləri etmək müştərilərə daha sərfəlidir. Çünki bankın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında сashback xidməti mövcuddur. Bu isə Unibank kartları ilə partnyor və qeyri-partnyor mağazalarda (http://www.unibank.az/az/private-clients/cashback/) alış-veriş edən müştərilərə 20%-dək cashback qazandırır.

 

Unibank ölkədə nağdsız hesablaşmaların həcminin artırılmasına, elektron ödəniş xidmətlərinin genişlənməsinə ən çox dəstək verən banklardandır. Bankın nağdsız hesablaşmaların həcminin artırılmasına verdiyi töhfədə Unibank Mobile əlavəsinin xüsusi rolu var.  Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən Unibank Mobile, 60-a yaxın xidmət və məhsulları ilə müştərilərini elə telefonlarındaca bank xidmətləri ilə təmin edir.  Bir neçə ay əvvəl istifadəyə verilən Unibank Business Mobile isə Unibank müştərisi olan fərdi sahibkarlara istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə etmək imkanı yaradır.

Unibank bundan sonra da nağdsız ödənişlərə öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

 

Unibank-hər kəsin bankı! 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR