Bakıda ağac qeyri-adi "bar" verdi - FOTO

Bakıda ağac qeyri-adi "bar" verdi - FOTO
16:27 28 İyul 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Küləklər şəhəri olan Bakıda sellofan paketlərin uçuşaraq ağaclara ilişməsinin və heç də xoş görüntü yaratmamasının çox şahidi olmuşuq. Amma bu dəfə qeydə alınan görüntü daha iyrənc olub.

Milli.Az xəbər verir ki, iyulun 27-də Bakıda Rəşid Behbudov küçəsində, "Park Inn" otelinin yaxınlığındakı ağaclardan birində sellofan paketdə zibil asılıb.



Şəhərin ən görməli, turistlərin çox gediş-gəliş etdiyi bir yerdə bu cür faktın baş verməsi təbii ki, xoşagəlməz haldır, hətta ikrah hissi doğurur.

Məsələ ondadır ki, bu fakt ağacın yanından keçən turistlərin xoşuna gəlməyib, bununla belə onlar telefonları ilə ağacın bu qeyri-adi "məhsul"unu qeydə alıblar.


Hələlik bunu kimlərin - yerlilərin və ya gəlmələrin etdiyi bəlli deyil. Lakin bütün hallarda bu cür hallar paytaxtımızın gözəlliyinə, ölkəmizin adına xələl gətirir. Ona görə də kimliyindən asılı olmayaraq belə hallara və onu edənlərə qarşı hamılıqla mübarizə aparılmalıdır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR