“Unibank” daha bir nominasiyanın qalibi olub

“Unibank” daha bir nominasiyanın qalibi olub
16:42 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ “Unibank” ASC “Visa” kartları ilə edilən nağdsız ödəniş dövriyyəsini ən çox artıran bank nominasiyasının qalibi olub. 
Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Nominasiya “Visa” ödəniş sistemi tərəfindən 2017-ci ilin 1-ci rübünün nəticələrinə əsasən müəyyənləşdirilib. Açıqlamada deyilir ki, “Unibank” kartları ilə nağdsız ödənişləri etmək müştərilərə daha sərfəlidir: “Çünki bankın bütün əmək haqqı kartları və eləcə də “Albali Plus” kredit və “Albali Plus” debet kartlarında “сashback” xidməti mövcuddur. Bu isə “Unibank” kartları ilə partnyor və qeyri-partnyor mağazalarda (http://www.unibank.az/az/private-clients/cashback/... alış-veriş edən müştərilərə 20%-dək “cashback” qazandırır”.
“Unibank” ölkədə nağdsız hesablaşmaların həcminin artırılmasına, elektron ödəniş xidmətlərinin genişlənməsinə ən çox dəstək verən banklardandır. Bankın nağdsız hesablaşmaların həcminin artırılmasına verdiyi töhfədə “Unibank Mobile” əlavəsinin xüsusi rolu var. Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən “Unibank Mobile”, 60-a yaxın xidmət və məhsulları ilə müştərilərini elə telefonlarındaca bank xidmətləri ilə təmin edir. Bir neçə ay əvvəl istifadəyə verilən “Unibank Business Mobile” isə “Unibank” müştərisi olan fərdi sahibkarlara istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə etmək imkanı yaradır. “Unibank” bundan sonra da nağdsız ödənişlərə öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək” - deyə Bankın açıqlamasında deyilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-daha-bir-nominasiyanin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR