Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı

Albaniyada restoranda PARTLAYIŞ - 20-dən çox yaralı
16:47 28 İyul 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Albaniyanın şimal-qərbində restoranda güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış qaz balonunun partlaması nəticəsində baş verib.

İnsident nəticəsində 20-dən artıq adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Restoran Adriatik dənizi sahilində yerləşən turizm obyektlərindən birinin nəzdində fəaliyyət göstərdiyindən xəsarət alanlar arasında turistlərin olması istisna edilmir. Bununla belə partlayış baş verən zaman turistlərin əksəriyyətinin öz nömrələrində olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR