Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"

Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"
16:47 28 İyul 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, sosial problemlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.

R.Rzayev əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb.

Hazırda Azərbaycanda qeyri-neft sektorunun genişlənməsinə böyük diqqət ayrıldığını deyən R.Rzayevin sözlərinə görə, ötən illər ərzində ölkədə insan resurslarının inkişafına xüsusi önəm verilib: "Bu sahədə çox ciddi işlər görülüb. Əminəm ki, gələcəkdə bizi böyük uğurlar gözləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR