Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib
16:52 28 İyul 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib. 
Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, müsabiqədə III ixtisas qrupu üzrə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş, 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 29-u və avqustun 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç., 4) müraciət etməlidirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/daxili-qosunlarin-ali-herbi-mektebine-elave-kursant-qebulu-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR