Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
17:02 28 İyul 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Dimitrios Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.
Elmar Məmmədyarov Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/yunanistanin-azerbaycandaki-sefirinin-diplomatik-missiyasi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR