Vampir qadın: Ledi Qaqanı çılpaq soyundurdu, bədənini deşdirdi, sərgidə paltar yudu - FOTOLAR - VİDEO

Vampir qadın: Ledi Qaqanı çılpaq soyundurdu, bədənini deşdirdi, sərgidə paltar yudu - FOTOLAR - VİDEO
17:28 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bu rəssam artıq uzun illərdir ki, özünü incəsənətə qurban verir, həyatını riskə ataraq, qalmaqallı layihələr ərsəyə gətirir. Əsrarəngiz sərgiləri baş gicəlləndirir, qan dondurur, göz qamaşdırır.

Bu günlərdə Marina Abramoviç saytların birində 661 min 452 dollar toplayıb, öz yeni dəlisov peşəkar layihələrini həyata keçirməyə başladı. Layihələrə Ledi Qaqanın meşədə çılpaq videoroliki, Cey-Zi ilə duet və digərləri aid idi.

Publika.az 70 yaşlı qalmaqallı incəsənət kraliçasının həyatından ən maraqlı məqamları və təcrübələri bir araya toplayıb.

14 yaşı olanda anasının tapançası ilə “rus ruleti” oynayırdı.

Bu hadisəyə Robert Ulisonun “Marina Abramoviçin həyatı və ölümü” adlı pyesində ətraflı yer verilib. Əsərdə onun anası ilə gərgin münasibəti ətraflı təqdim olunub. Yeniyetmə Marina anası ilə hər davasından sonra tapançanı oğurlayıb, içərisində cəmi 1 patron saxlayırdı. Fırladıb, özünə atəş açırdı. Xoşbəxtlikdən 14 yaşlı qız bu təhlükəli təcrübələrdən sağ qurtula bilirdi.

Taleyin hökmünə bax ki, 2011-ci ildə Abramoviç adıgedən tamaşada öz anasının obrazını canlandırıb.

Gənclik illərində valideynlərindən plastik əməliyyata pul almaq üçün dəfələrlə burnunu sındırmağa cəhd edib.

“Yeniyetməlik illərimdə özümü çox eybəcər sayırdım. Civzələrlə örtülmüş eybəcər simamdan və uzun burnumdan çox utanırdım. Ən böyük arzum Bricit Bordonun burun formasına sahib olmaq idi”.

19 yaşılı gənc rəssam öz sərgisinə gələn insanları çılpaq soyundurub, onların paltarlarını yuyurdu.

Marina Belqradda baş tutan öz fərdi sərgisinə “Come Wash with Me” (Gəl, mənimlə yu) adını vermişdi. Sərgiyə gələn qonaqlar qapının kəndarında soyunurdular ki, 19 yaşlı gənc rəssam onların paltarlarını yusun.

Ömrünün 1 ilini Avstraliyalı aborigenlərlə birgə keçirdib.

Marina hər zaman fərqli mədəniyyətlərə dərin maraqla yanaşıb. 1980-ci ildə o, Belqraddan Avstraliyaya gəlib və ömrünün 1 ilini yerli tayfalarla keçirmişdi.

Marina həyatının o ilini belə xatırlayır: “Onlar fiziki və mental vücudumu idarə etməkdə mənə çox yardımçı oldular”.

Kenquru balasına analıq edən Marina...

Avstraliyada yaşadığı illərdə Marina anasını itirən kenquru balasını bəsləməyə başlayır. Özünü bu zavallı heyvanın anası hesab edirdi. Ailə qurmaq, uşaq dünyaya gətirmək barədə isə heç vaxt düşünməyib.

"İki rəssam bir-birinə vurulmamalıdır"

Marina düşünür ki, iki rəssam, incəsənət xadimi bir-birini sevməməlidir. Çünki bu münasibətlərin sonu yoxdur. O qeyd edir ki, bu acı təcrübəni 3 dəfə öz üzərində sınayıb.

Bir neçə il bundan öncə rəssam öz sərgisində qeyri-adiliyə yol verdi. O, masa arxasında əyləşib, qarşısındakı yeri boş qoymuşdu. Pərəstişkarları növbə ilə gəlib, Marinanın önündə əyləşib, əllərini tutub, gözlərinə baxmaq imkanı qazanırdılar. Bu anda təşkilatçılar Marinaya sürpriz etmək qərarına gəlirlər. Çünki qonaqlardan biri onun 30 il öncə ayrıldığı rəssam sevgilisi idi. Bu video sosial şəbəkələrdə izlənmə rekordu qırdı.

1500 inək sümüyü təmizləyən rəssam

Marina məşhur Venesiya benialesində “Balkan barokkosu” adlı performansı ilə yadda qalıb. O, 1500 inək sümüyünü təmizləyərək, mahnı oxuyur və öz vətəni haqda danışırdı. Əslən serbiyalı rəssam, - “mən artıq mövcud olmayan öklədən gəlmişəm” - deyirdi.

Qarnına tiyə ilə beşbucaqlı ulduz çəkib

Layihələrinin birini gerçəkləşdirmək üçün Marina 1975-ci ildə öz göbəyinin ətrafında beşbucaqlı ulduz təsviri çəkmişdi. Qorxulusu odur ki, rəssam bunu iti uclu tiyə ilə etmişdi. Sonra isə sobanın yanında eyni şəkildə düzdüyü buzun üzərinə uzanmışdı. Bir dəfə nənəsi layihəyə hazırlaşan Marinanı özündən getmiş və saçları yanmış halda tapmışdı.

Vampir-Qadın

İnsanları maraqlandıran bir sual var: “O vampir deyil ki? Yəqin ki, belə təravətli qalmaq üçün gənc qızların qanını içir”.

Bu suala cavab olaraq Marina, “biz çernoqoriyalılar uzunömürlü oluruq” - deyə cavab verirdi.

Marina Abramoviçin dünya tarixində ilk və son olan qəribə layihəsi milyonları lərzəyə gətirdi.

1970-ci ildə Marina Abramoviç sivil insanları ifşa edən bir layihə ilə gündəmə gəlir. O, sərgi zallarının birində tərpənmədən sakitcə durur. Rəssamın yanına isə odlu silah, küt və kəsici alətlər qoyurlar. Sərgi izləyicilərinə bu alətlərdən istifadə edərək, Marinaya istədiklərini etmək tapşırılır. Öncə insanlar utanıb, kənara çəkilir, gənc rəssamı sadəcə öpməklə kifayətlənirlər. Bir müddətdən sonra isə azğınlaşan tamaşaçılar, onu soyundurub, dərisini iti alətlərlə cızır, küt əşyalarla xətər yetirirdilər. Layihənin ən qorxunc anı isə bir nəfər izləyici tapançanı götürüb, Marinaya xətər yetirmək istəyəndə baş verir. Polislər sərgiyə müdaxilə edir və layihə yarımçıq qalır.

Marina bu layihəsi haqda müsahibə verərkən deyirdi: ”Öncə insanlar mənimlə oynamaq, əylənmək istəyirdilər. Sonra isə saçımı kəsir, qızılgülün tikanlarını ətimə batırır, dərimi cızırdılar. 6 saatdan sonra mən nəhayət bezdim. Onlar məni çılpaq soyundurdular. Elə bu vəziyyətdə, bədənimdə işgəncə izləri ilə onların üstünə qaçdım. Bundan vahimələnən tamaşaçılar qaçıb, otağı tərk etdilər. Həmin gecə evimə gəlib, güzgüdə özümü seyr etdim. İnanmayacaqsınız, amma saçlarım ağarmışdı”.

Abramoviçin bu sərgini etməkdə əsas məqsədi, insanın iç simasını üzə çıxarmaq, vəhşi tərəflərini cəmiyyətə sübut etmək idi: “Mən anlaya bilmirəm, mərhəmətdən və dünyaya sülhdən dəm vuran Avropa insanı bir anda necə vəhşi məxluqa çevrilə bilər?!”

Marinanın təcrübəsi sübut etdi ki, insanı çərçivəyə salan qadağalardır. Bu qadağalar götürüldüyü zaman ən ail hisslər, insani dəyərlər bir anda itir.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/207864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR