Məscidi-Aksada yenidən toqquşma

İsrail polisi yenidən fələstinlilərə qarşı zor tətbiq edib.

Metbuat.az xəbər verir ki, cümə namazı üçün məscidə yalnız 50 yaşdan yuxarı kişilərin girişinə icazə verən İsrail polisi fələstinlilərə qarşı plastik mərmi, səs qumbarası və gözyaşardıcı qazdan istifadə edib.

Namazdan sonra baş verən toqquşmada 1 fələstinli gənc ölüb, 50 nəfər isə yaralanıb.

Qeyd edək ki, artıq 2 həftədir ki, Məscidi-Aksa ətrafında İsrail polisi ilə fələstinlilər arasında toqquşmalar davam edir.

Məkkə raket atəşinə tutuldu-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR