Azərbaycanın “Artilleriya atəşinin ustaları” müsabiqəsində rəqibləri məlum olub

Azərbaycanın “Artilleriya atəşinin ustaları” müsabiqəsində rəqibləri məlum olub
19:27 28 İyul 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrinin püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası Venesuela, Qazaxıstan və Tacikistan komandaları ilə bir qrupda çıxış edəcək.
İştirakçılar texnikanı qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər.
Qeyd edək ki, digər qrupda Rusiya, Belarus, Zimbabve və Qırğızıstan komandaları iştirak edir. 


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycanin-artilleriya-atesinin-ustalari-musabiqesinde-reqibleri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR