Azərbaycan boksçuları dünya çempionatına hazırlığı davam etdirirlər

Azərbaycan boksçuları dünya çempionatına hazırlığı davam etdirirlər
19:37 28 İyul 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın kişi boksçulardan ibarət millisi dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığma məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcəklər. Toplanışa 9 boksçu cəlb olunub. Onlardan 5-i mundialda iştirak edəcək idmançılardır. Bu mərhələ avqustun 8-də başa çatacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-boksculari-dunya-cempionatina-hazirligi-davam-etdirirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR