DİM Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib

DİM Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib
20:02 28 İyul 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında iştirak edən və tələb olunan şərtləri ödəyən abituriyentlər Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühhəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtasları üzrə müsabiqədə iştirak etmək üçün 31 iyul - 3 avqust tarixlərində Bakı şəh., Yasamal r-nu, Kazım Kazımzadə, ev 120 A (Gömrük hospitalının yanı) ünvanında yerləşən “AXDG” QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər. 
Müayinədən uğurla keçən abituriyentlər avqustun 6-dan etibarən ixtisas seçimində iştirak edərək həmin ixtisasları elektron ərizələrində qeyd edə bilərlər. 
Qeyd edək ki, ixtisas seçimi avqustun 10-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-dovlet-deniz-akademiyasinda-tehsil-almaq-isteyen-abituriyentlere-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR