ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına 626 maşın silah-sirsat təhvil verib

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına 626 maşın silah-sirsat təhvil verib
20:17 28 İyul 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ 22 gün ərzində terrorçu PKK-nın Suriyadakı qoluolan YPG və PYD-yə 626 TIR dolu silah-sursat və hərbi texnika verib.
“Report” xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Suriyanın Haseke rayonundan bildirilib.
Məlumata görə, təkcə iyulun 22-də 100, iyulun 27-də isə həmin terrorçu qruplaşmaya 80 TIR sillah təhvil verilib.
İyulun 5-dən 27-dək ABŞ-ın YPG və PYD-yə təhvil verdiyi silahlar arasında 12 min atvomat “Kalaşnikov”, ABŞ istehsalı olan 3 min “RPG-7” və min ədədə “AT-4” və Rusiya istehsalı olan “SPG-9” adlı tank vuran, 6 min pulemyot və 3 min 500 ağır çaplı pulemyotda var.
Ümumiyyətlə, müxətlif çaplı 235 ədəd top, 100 ədəd snayper tüfəngi və sair göndərilib.
Qeyd edək ki, Haseke hazırda terrorçu PKK-nın Suriyadakı qollarının nəzarəti alıtındadır. Silah və texnika İraqdan Suriyaya daşınaraq, orada YPG və PYD-yə təhvil verilib.
Xatırladaq ki, ABŞ-ın məsləhəti əsasında YPG və PYD adlarını dəyişərək, “Suriya Demokratik Gücləri” qoyublar.
Qeyd edək ki, ABŞ Suriyanın Rakka şəhərinin ələ keçirən terrorçu İŞİD qruplaşmasıəna qarşı mübarizə aparmaq məqsədi ilə 2016-cı ilin aprel ayından YPG və PYD-yə silah yardımı göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-terrorcu-pkk-nin-suriyadaki-qollarina-626-masin-silah-sirsat-tehvil-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR