"Jara" həyəcanı davam edir: Festival iştirakçılarının qırmızı xalı üzərindən keçidi başlayıb

"Jara" həyəcanı davam edir: Festival iştirakçılarının qırmızı xalı üzərindən keçidi başlayıb
20:17 28 İyul 2017
132 Şou
Ölkə mətbuatı
A- A+

"Jara-2017" Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirak edən ifaçıların qırmızı xalı üzərindən keçidi başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk olaraq xalı üzərindən Qlyukoza, Ani Lorak, MBAND qrupu, Timur Rodrigez, Potap və Nastya keçiblər. Qırmızı xalı üzərində pərəstişkarları ilə fotoşəkillər çəkdirən, jurnalistlərin suallarını cavablandıran müğənnilər festivalın birinci gününün konsertinin möhtəşəm olduğunu vurğulayıblar.

Tədbirin bu hissəsində Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

Xatırladaq ki, festivalın ikinci günündə musiqisevərləri SSRİ Xalq Artisti Sofiya Rotaru ilə maraqlı görüş gözləyir. Görkəmli müğənni "Jara"ya ən çox sevilən mahnıları ilə gəlib. Sofiya Rotarunun yubileyinə həsr olunmuş proqramdan əvvəl təşkil olunan qala-konsertdə Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, "Vremya i Steklo", EMİN, İrina Dubtsova, Qlyukoza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR