""Jara" festivalından böyük gözləntilərim var"

""Jara" festivalından böyük gözləntilərim var"
20:17 28 İyul 2017
116 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda özümü ən əziz qonaq kimi hiss edirəm. "Jara" festivalından böyük gözləntilərim var.

Milli.Az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində "Jara" festivalının iştirakçısı, Rusiyanın məşhur estrada müğənnisi Vera Brejneva deyib.

Festivalın Azərbaycan və Rusiya arasında mədəniyyət əlaqələrinə, ümumən incəsənətə dəyərli töhfə verən uğurlu layihə olduğunu söyləyən Vera Brejneva bu möhtəşəm musiqi bayramında məşhur ulduzlarla eyni səhnəni bölüşməyin xüsusi anlar bəxş etdiyini vurğulayıb: "Bu layihə müxtəlif millətlərə mənsub insanları bir yerə, bir auditoriyaya toplayır. Deməliyəm ki, Azərbaycan musiqisi çox güclü və emosional təsirə malikdir. Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir. Mən "Jara"nı səbirsizliklə gözləyirdim. Bakıda, Xəzərin sahilində keçirilən möhtəşəm festivalda iştirak etməkdən olduqca məmnunam".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR