Dubay taksiləri "ağıllı" sayğaclarla təchiz edilir

Dubay taksiləri "ağıllı" sayğaclarla təchiz edilir
20:57 28 İyul 2017
Ölkə mətbuatı
A- A+

Dubay taksiləri yeni nəsil yüksək texnologiyalı sayğaclarla təchiz edilir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dubayın Yollar və Nəqliyyat İdarəsi elan edib.

Bildirilir ki, sayğaclar "Makani" sisteminin köməyi ilə yeri dəqiq müəyyənləşdirməyə, verilmiş ünvanı axtarmağa, xəritələri yeniləməyə qadirdir. Yeni sistem, sürücünün növbə ərzində 90 dəqiqəlik fasiləyə çıxmasına imkan verən "Out of Service" opsiyasına da malikdir. Sürücünün növbəsinin başa çatmasından müştərilər də xəbər tuturlar. Sayğaclar taksinin hərəkət sürətinə nəzarət edən təhlükəsizlik sisteminə qoşulur, xüsusi vericilər sərnişinin taksiyə oturduğunu qeydə alır, qurğunu işə salmağı sürücüyə xatırladır.

Yollar və Nəqliyyat İdarəsinin baş direktoru və direktorlar şurasının sədri Mattar əl-Tayyer bildirib ki, onun idarəsi müştərilərin tələbatını təmin etmək üçün taksi xidmətlərini intellektual sistemlərin və yüksək texnologiyalı qurğuların köməyi ilə modernləşdirməyə davam edəcək.

2018-ci ilin iyun ayına qədər Dubay taksilərinin hamısı "ağıllı" sayğaclarla təchiz ediləcək. İndiyə qədər 4850 belə qurğu quraşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR