İsmayıllıda polislər turisti itlərin hücumundan xilas edib

İsmayıllıda polislər turisti itlərin hücumundan xilas edib
21:02 28 İyul 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Polşa vətəndaşı Sebastian Gmerek "Facebook" səhifəsində Azərbaycan polisi ilə çəkdirdiyi şəklini paylaşaraq minnətdarlığını ifadə edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Polşanın Poznan şəhər sakini Sebastian Gmerek iyulun 23-də ölkəmizə turist kimi səfərə gəlib. Azərbaycanın gözəlliyi, füsunkar təbiəti onu valeh edib. 25 yaşlı turist İsmayıllı rayonunun Həftəsiab kəndində olarkən qoyun sürüsünü görüb, onları yaxından müşahidə etmək istəyib. Lakin yaxınlaşan zaman sürünü qoruyan itlər ona hücum edib, yüngül xəsarət yetirib.
Xoşbəxtlikdən həmin vaxt ərazidə xidmət aparan İsmayıllı Rayon Polis Şöbəsinin polis sahə rəisləri - polis leytenantları Mahir Nurəliyev və Nicat Osmanov səs-küyü eşidib, tez özlərini köməyə yetiriblər. Polis əməkdaşları polşalı turisti itlərin hücumundan xilas edib, dərhal ilkin tibbi yardım göstərib, müayinə olunması üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Hazırda Sebastian Gmerekin vəziyyəti yaxşıdır, rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir, həkimlərin dediyinə görə səhhəti üçün heç bir təhlükə yoxdur.
Polşa vətəndaşı bildirib ki, azərbaycanlıların qonaqpərvərliyi, həmçinin Azərbaycan polisinin şücaəti və operativliyi onu valeh edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-smayillida-polisler-turisti-itlerin-hucumundan-xilas-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR