Bu kanaldan su yox, kanalizasiya axır - VİDEO

Bu kanaldan su yox, kanalizasiya axır - VİDEO
21:27 28 İyul 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu kanaldan su yox, kanalizasiya axır. Milli.Az bildirir ki, görüntülər paytaxtda ən sıx məskunlaşmanın olduğu Binəqədi rayonundandır.

Rayonun eyniadlı qəsəbəsinin 1-ci mədən 43-cü korpus ərazisində yaşayan sakinlər uzun müddətdir ki, kanalizasiya sisteminin olmaması, eləcə də çirkab suların açıq şəkildə axıdılmasından narazıdırlar.

Sakinlər deyirlər ki, kanalizasiya sisteminin olmaması ilin bütün fəsillərində onlara problem yaradır.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini deyirlər. Amma hələ ki problem həll edilməyib. Problemin həllinə məsul qurum olan "Azərsu" ASC-dən isə bildirilib ki, məsələ araşdırılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu kanaldan su yox, kanalizasiya axır


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/567689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR