Helsinkidə sürücü maşını insanların üzərinə sürüb, ölən və yaralananlar var

Helsinkidə sürücü maşını insanların üzərinə sürüb, ölən və yaralananlar var
21:32 28 İyul 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ Finlandiyanın paytaxtı Helsinkidə naməlum şəxs avtomobili insanların üzərinə sürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.
Asayiş keşikçilərinin məlumatına görə, insident nəticəsində bir nəfər ölüb, azı 4 nəfər yaralanıb. Maşının sürücüsü saxlanılıb. Bu, təqribən 50 yaşında kişidir. Polis onun sərxoş olduğunu güman edir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, insidentin təfərrüatları dəqiqləşdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/helsinkide-surucumasini-insanlarin-uzerine-surub-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR