Masallıda qəza: sürücü öldü

Masallıda qəza: sürücü öldü
22:28 28 İyul 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Qulu Məmmədov Özüxan oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:33-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR