"Üç uşaqla necə gedim?" - Xuraman

"Üç uşaqla necə gedim?" - Xuraman
23:12 28 İyul 2017
292 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalı bu il istirahət edə bilməyəcəyindən şikayətlənib.

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi bildirib ki, işlərinin çoxluğuna görə heç yerə gedə bilmir:

"İstirahətə çox önəm verən biriyəm. Amma bu il gedə bilmirəm. İşlərim çoxdur. Toylarla bağlı bölgələrimizə gedirəm, bunu istirahət adlandırmaq olmaz. Normal qrafikim olmadığı üçün istirahətə vaxt ayırmaqda çətinlik çəkirəm. Artıq neçə ildir ki, mən yoldaşımla xaricdə dincələ bilmirik. Uşaqlarımız balacadır, onları nə apara, nə də burada tək qoya bilirik. Üç uşaqla necə xaricə gedim? Hər il bölgələrə yollanırdıq. Bu il onu da edə bilmirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/567534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR