Çaylarda son durum

Çaylarda son durum
02:38 29 İyul 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin çaylarda apardığı monitorinq nəticəsində qeyd edilib.

Hazırda Qıraqkəsəmən məntəqəsində su sərfi 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 117 m3/s təşkil edərək ongünlük normanın 133 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 6, Salyanda 8 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il iyulun 28-də 363 sm), Şirvanda 203 sm, Salyanda 120 sm (2016-cı il iyulun 28-də 143 sm), Bankədə 183 sm (2016-cı il iyulun 28-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il iyulun 28-də 70 sm) təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/207900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR