USB 3.2 məlumatları 2 dəfə sürətli ötürəcək

USB 3.2 məlumatları 2 dəfə sürətli ötürəcək
08:42 29 İyul 2017
Ölkə mətbuatı
A- A+

"USB" interfeysinin 22 il əvvəl buraxılmasına baxmayaraq mütəxəssislər texnologiyanı inkişaf etdirməkdə davam edirlər. Son yeniliklərdən biri - "USB Type-C" interfeysi iş zamanı ikitərəfli çıxış sayəsində sürəti yüksəltmək və rahatlığı artırmaq məqsədi daşıyıb. Lakin bir sıra istifadəçilər indiyədək bu formatı dəstəkləyən interfeysə malik deyil və "USB 2.0" və "USB 3.0" ilə kifayətlənirlər. Bu dəfə isə "USB 3.0 Promoter Group" təşkilatı məlumatları daha sürətli ötürməsi ilə fərqlənən "USB 3.2" standartını nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiya "USB Type-C" interfeysində informasiya mübadiləsi üçün bir neçə xətt üzrə ötürmə imkanlarından istifadə edir və saniyədə 20 qiqabit sürəti dəstəkləyir. Xatırladaq ki, əvvəlki nəsil "USB 3.1" (Gen 2) interfeysinin sürəti 10 Qbit/saniyə təşkil edib.
 
Məlumata görə, mütəxəssislər texnologiya üzərində işi davam etdirərək onu bu ilin sonunda rəsmən təqdim etməyi planlaşdırırlar. Əvvəllər olduğu kimi, maksimal sürətə uyğunluq təşkil edən avadanlıqlarsız nail olmaq qeyri-mümkün olacaq.
 
"USB 3.2" standartını dəstəkləyən ilk  qurğu və aksessuarların 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR