Saakaşvili: "Poroşenko hər şeyə hazırdır"

Saakaşvili: "Poroşenko hər şeyə hazırdır"
08:42 29 İyul 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Odessa vilayətinin sabiq qubernatoru və sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Ukrayna lideri Pyotr Poroşenko öz "korrupsiyaya bulaşmış çevrəsi"nin təsirini saxlamaq üçün faktiki olaraq hər şeyə getməyə hazır olduğunu deyir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu o, "Foreign Policy" nəşrinin jurnalistləri ilə söhbətində Ukrayna vətəndaşlığından məhrum edilməsini nəzərdə tutaraq bildirib.
"Əgər o, bütün dünyada yaxşı tanınan mənim kimi adamlarla belə qanunsuz şeylər edirsə, onda heç kimin tanımadığı başqa ukraynalılar zərər çəkə bilər", - deyə o bildirib.
Saakaşvilinin sözlərinə görə, Ukrayna prezidenti onu "çaşdırmaq" istəyirdi, lakin onda "mübarizəni gücləndirmək üçün daha böyük stimul yarandı".
"Və o, bunu mənim siyasət baxımından etdiklərimdən qorxaraq etdi", - deyə eks-qubernator bildirib.
Xatırladaq ki, iyulun 26-də onun Ukrayna vətəndaşlığından məhrum edildiyi məlum olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR