"Neftçi" Rəsul Çunayevi aldatdı

"Neftçi" Rəsul Çunayevi aldatdı
13:37 29 İyul 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.


Fanat.Az yeniçağ.az-a istinadən xəbər verir ki, "Rio-2016" nın bürünc mükafatçısı "Neftçi İdman Klubu"ndan ayrılıb. Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu "Neftçi" İK-dən güləşçiyə "bugün-sabah" deyilsə də, vədə əməl edən olmayıb.


Aldadıldığını görən Çunayev "Neftçi" İK-dən ayrılmağa qərar verib. Məlumatı əməkdaşımızla söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısının özü də təsdiqləyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-rsul-cunayevi-aldatd-t59591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR