Ağ Evdə Tramp Administrasiyasının nümayəndələri arasında
intriqa savaşı başlanıb.
Publika.az xəbər verir ki, Trampın ictimaiyyətlə əlaqələr üzrə yeni
köməkçisi Antoni Skaramukki “The New Yorker” jurnalının müxbiri
Ryana Lizza ilə telefon danışığında Ağ Evin baş strateqi Steve
Bannonun arxasında pis-pis söyüşlər söyüb.
A.Skaramukki həmçinin, Trampın xüsusi nümayəndəsi Reince Priebusu
“şizofren, paranoyak” adlandırıb. Skaramukki daha sonra tvitter
səhifəsində dediyi sözlərə görə üzr istəyib.
“Yeni Şəfəq” qəzeti Ağ Evdə intriqa müharibəsinin başlandığını
yazıb.
“Bu, Ağ Evdə ilk qalmaqal deyil. Tramp Administrasiyasında
böhranlar prezident seçkilərindən sonra başlandı. Əvvəlcə Trampın
kürəkəni və xüsusi nümayəndəsi Jared Kusher, Steve Bannon, dövlət
katibi Reks Tillerson, ədliyyə naziri Jeff Sessions, hətta Donald
Trampın özünün da söyüşlü danışıqları mediaya sızdı. Məlumatlara
görə, Trampın NATO, Çin və ABŞ Mərkəzi Bankı haqda düşüncələrindəki
U dönüşlərinin səbəbi də Kusher və Bannon arasındakı qarşıdurma
olub. Son bir neçə həftədə Trampın Reks Tillerson və Jeff
Sessionsla da qarşıdurma yaşadığı haqda məlumatlar var”, - deyə
qəzet yazıb.
Asif