Qətərin alış-veriş mərkəzində Ərdoğan posteri asıldı

Qətərin alış-veriş mərkəzində Ərdoğan posteri asıldı
13:58 29 İyul 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Qətərin paytaxtı Dohada yerləşən bir alış-veriş mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük posteri asılıb.

Publika.az xəbər verir ki, “Qətər Mall”da sakinlər tərəfindən edilən bu jest Ərdoğana körfəz böhranında göstərdiyi səylərdən dolayı təşəkkür məqsədi daşıyır.

Qətərlilər Ərdoğanın posterinə öz minnət və şükranlarını yazmağı da unutmayıblar.

Həmin şəxslərdən biri Səlim Həməd bu posterin Türkiyənin şərəfli prezidenti Rəcəb Tayyib Ərdoğana simvolik bir hədiyyə olduğunu və bununla Türkiyə xalqına minnətdarlıq bildirdiklərini deyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR