Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir
14:27 29 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyul. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) mərkəzləşdirilmiş arxiv üçün modul tipli kompakt arxiv avadanlığının satın alınması məqsədi ilə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 31-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını sentyabrın 11-nə qədər ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Emin İbrahimov (Telefon: (012) 493 00 91, daxili 2700, 2703, e-poçt: ­
emin.ibrahimov@ibar.az) və Nərminə Kərimlidir (Telefon: (012) 493 00 91 (daxili 2305), e-poçt: narmina.karimli@ibar.az).
Təkliflərə sentyabrın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır. Bankın səhmlərinin 76,73%-u Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 04%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsu

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-arxiv-avadanligi-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR