Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"
14:37 29 İyul 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldunun ötən ay əkiz uşaqları dünyaya gəlmişdi. İyunda doğulan körpələrə EvaMateo adları verilmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Çin mətbuatına müsahibəsində böyük oğlunun daha geniş ailə istədiyini bildirib.

"Kriştianu (oğul) ailədə böyük övlad olmasından çox sevinclidir. O, yenə qardaş-bacı istəyir. Uşaqların 7-yə çatmasını arzu edir. Ona deyirəm: "Gəl, tələsməyək. İndiki andan həzz alaq, gələcək isə Tanrının əlindədir".

Ronaldunun böyük övladının 7 yaşı var. Qeyd edək ki, onun hər 3 uşağını surroqat ananın dünyaya gətirdiyi deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR