DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb
15:02 29 İyul 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici videoçarx hazırlayıb.
Mərkəzdən “Report”a verilən məlumata görə, videoçarxda elektron ərizənin doldurulma qaydası mərhələ-mərhələ izah edilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-abituriyentler-ucun-maariflendirici-videocarx-hazirlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR