“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunmuş filmin premyera öncəsi nümayişi keçirilib

“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunmuş filmin premyera öncəsi nümayişi keçirilib
15:22 29 İyul 2017
38 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyul. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall” kinoteatrında məşhur rep musiqiçi Tupak Şakurun həyatına həsr olunmuş “2 pac: Əfsanə” filminin mətbuat üçün nümayişi, axşam isə eyni filmin premyera öncəsi nümayişi keçirilib.
"Report"un məlumatına görə, qonaqlar arasında Azərbaycanın rep mədəniyyətinin təmsilçiləri yer alıb, Malik Kələntərli, L-mir, Abdul Muzzy, Nadeer, Anar Nağılbaz, Orxan Qarabasma, Qurd, Dado, Uran, həmçinin şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqerlər və s. olub.
Benni Bumun rejissorluq etdiyi filmdə baş rolları Demetrius Şipp, Danay Cekesay və Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa ediblər.
Filmdə rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri əks olunub. Dəfələrlə həbs olunan və müxtəlif məsələlərdə ittiham edilən qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilib.


































Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cinemaplus-da-efsanevi-repci-tupaka-hesr-olunmus-filmin-premyera-oncesi-numayisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR