Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı
15:57 29 İyul 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" oyunu öncəsi keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan və Moldova çempionlarının avqustun 1-də baş tutacaq qarşılaşmadan bir gün öncə hər iki komandanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.

"Şerif"in baş məşqçisi Roberto Bordini və komandanın kapitanı Mateo Suşiç Bakı vaxtı ilə saat 15:00-da konfransa qatılacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da "Şerif" İdman Kompleksinin konfrans zalında sualları cavablandıracaq.

Saat 20:00-da meydan sahibləri, 21:00-da isə Azərbaycan çempionu oyunöncəsi məşqə çıxacaq. Hər iki komandanın hazırlığının ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR