Azərbaycandan tütün ixracı 5% artıb

Azərbaycandan tütün ixracı 5% artıb
15:57 29 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 29 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycana 72,454 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. 
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 min dollar və yaxud 0,2% çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatları ümumi idxalın 2,1%-ni təşkil edib.
6 ay ərzində Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 6,079 mln. dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 286 min dollar və yaxud 4,9% çoxdur. Bu məhsulların ixracı ölkənin ümumi ixracının 0,1%-nə bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycandan-tutun-ixraci-5-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR