Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ

Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ
15:58 29 İyul 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket sınağı həyat keçirməsini sərt şəkildə qınadığını açıqlayıb.

Publika.az xəbər verir ki, nazirlik Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu deyib:

“Koreya Demokratik Xalq Cümhuriyyətinin 28 iyul 2017-ci il tarixində gerçəkləşdirdiyi ballistik raket sınağını şiddətlə qınayırıq. Bir ay içində iki dəfə sınaq keçirən Şimali Koreya BMT-nin qərarlarını açıq şəkildə pozur və beynəlxalq öhdəliyi gözardı edir”.

Beləliklə, Türkiyə Şimali Koreyanı BMT-nin qərarlarına uymağa və bölgədə gərginliyin daha da artmasına səbəb olacaq davranışlardan uzaq durmağa dair çağırış edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR