Əhməd Davudoğlu: “Parisdə törədilən terror hücumu heç bir halda sülh dini olan İslamla əlaqələndirilə bilməz”

Əhməd Davudoğlu: “Parisdə törədilən terror hücumu heç bir halda sülh dini olan İslamla əlaqələndirilə bilməz”
19:02 8 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:59 ]

Bakı. Rüfət Əhmədzadə - APA. “Parisdə törədilən terror hücumunu İslam dini ilə əlaqələndirmək yanlışdır”.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

 

Fransada ötən gün törədilən terror aktını pisləyən baş nazir qeyd edib ki, Türkiyə Fransa ilə həmrəyliyini bir daha vurğulayır: “Bu terror hücumları bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı olan hücumlardır. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, bu terror hücumları heç bir halda sülh dini olan İslamla əlaqələndirilə bilməz. Heç bir bəhanə bu terror aktlarına bəraət qazandırmaz”.

 

Baş nazir vurğulayıb ki, Türkiyə həmişə bu tip əməllərə qarşı olub, bundan sonra da mövqeyində qalacaq: “Ümid edirəm ki, bəşəriyyətə qarşı edilən bu cinayətlər səbəb göstərilib, hər hansı gərginliyə, çaxnaşmaya təhriklərə yol verilməz”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR