İnternet provayderləri birləşdilər

İnternet provayderləri birləşdilər
19:17 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Las-Veqasda keçirilən Consumer Electronics Show 2015 (CES) istehlak elektronikası sərgisində tərkibinə UHD ekosisteminin inkişafında maraqlı olan aparıcı Hollivud kinostudiyalarının, istehlak elektronikası istehsalçılarının, kontent provayderlərinin və texnoloji şirkətlərin daxil olduğu UHD Alliance Assosiasiyasının yaradılması elan edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Assosiasiyanın məqsədi UHD sənayesinə cəlb olunan bütün şirkətlər üçün vahid standartların işlənməsidir. Qurum diqqəti 4K təsvir ölçüsü, geniş dinamik diapazon (High Dynamic Range), geniş rəng qamması (Wide Color Gamut), yüksək kadr tezliyi (High Frame Rate), geniş 3D səs və s. kimi yeni nəsil televiziya texnologiyalarının inkişafına yönəldəcək.
 
Assosiasiyaya Samsung Electronics şirkəti və digər istehlak elektronikası istehsalçıları, eləcə də aparıcı kontent provayderləri, kino və televiziya sənayesinin liderləri (DIRECTV, Dolby, LG Electronics, Netflix, Panasonic Corporation, Sharp Corporation, Sony Visual Product, Technicolor, The Walt Disney Studios, Twentieth Century Fox və Warner Bros. Entertainment) daxildir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/317969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR