Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Azərbaycana səfər edəcək

19:27 8 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 19:23 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze fevral ayının sonunda Azərbaycana səfər edəcək.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Z. Vaşakmadzenin özü jurnalistlərə açıqlamasında deyib.

 

O, Bakıda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri və digər dini icmaların nümayəndələri ilə görüşəcəyini bildirib.

 

Z. Vaşakmadze qeyd edib ki, hazırda Azərbaycana səfərinin detalları dəqiqləşdirilir: "Səfərimiz barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə rəsmi məlumat vermişik. Səfirlik rəsmiləri müvafiq detalları dəqiqləşdirir. Biz Türkiyə və İrana səfərlər etmişik. Yeni ilin başlanğıcında səfərimiz Azərbaycana olacaq. Biz Gürcüstan və Azərbaycanın maraqlarına xidmət edəcək görüşlər keçirəcəyik". 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR