Bolqarıstanda türkcə radio yayımı dayandırıldı

Bolqarıstanda türkcə radio yayımı dayandırıldı
19:28 8 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

Bolqarıstanda dövlət radiosunun türk dilində yayımı dayandırılıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, yayım türklərin daha sıx yaşadığı ərazilərdə dayandırılıb. Bu, ölkədəki türk əhalinin narazılığına səbəb olub.

Qeyd edək ki, Bolqarıstanın BNR dövlət radiosu hər gün türk dilində 3 saatlıq yayım həyata keçirirdi. Ölkədə türk dilində yayımlara 1945-ci ildən başlanılıb.

Məsələ ilə bağlı dövlət radiosu açıqlama verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR