Ağız, tər qoxusuna SON

Gündəlik həyatda, mətbəxdə, evdə fərqli məqsədlər üçün istifadə olunan sodanın faydaları saymaqla bitmir.

Metbuat.az xəbər verir ki, isti havalarda ən çox rast gəlinən problemlərdən biri həddindən artıq tərləməkdir. Bir neçə damcı zeytun yağını 4 yemək qaşığı sodanın içinə tökün və qarışdırın. Bu qarışığı qoltuq altlarınıza sürtün. Antipresperant kimi bir neçə saat təsirini göstərəcək.

Sızanaqlarla mübarizədə sodadan istifadə edə bilərsiniz. Məcun halına gətirdiyiniz sodanı sızanaq olan bölgəyə vurun.

Dişləri ağartmaq üçün istifadə olunan metodlardan biri soda və peroksid qarışığıdır. Ancaq uzun müddət istifadə etmək diş minasına zərər vura bilər.

Bir stəkan suya bir çay qaşığı soda əlavə edin və ağzınızı bununla çalxalayın. Daha sonra ağzınızı yuyun və nəfəsiniz təravətlənmiş olacaq.

Sodanın faydaları bununla bitmir. Su ilə hazırlayacağınız eyni qarışığı bədəninizdə quru olan yerlərə sürtüb ilıq su ilə yaxalayın, fərqi hiss edəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Qarındakı yağları əridən içki -Arıqladır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR