Fatih Terimin qəfil istefasından sonra Türkiyə millisində boş qalan baş məşçi postuna Şenol Günəş gətirilib.

Milli.Az xəbər verir ki, bu haqda DHA məlumat yayıb.

İki gün əvvəl keçirdiyi mətbuat konfransında həm milli komanda, həm də "Beşiktaş"dakı postunda davam etməyin qeyri-mümkün olduğunu açıqlayan təcrübəli mütəxəssis Şenol Günəşin bu gün səhər saatlarında TFF prezident Yıldırım Dəmirörən ilə keçirdiyi görüşdə milli komandanı çalışdırmağı qəbul etdiyi ortaya çıxıb.

Təhməz Təkin
Milli.Az