Gərginlik daha da artacaq (VİDEO)

Gərginlik daha da artacaq (VİDEO)
19:36 8 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" jurnalının nəşr olunduğu binada törədilən terrora Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi münasibət bildirib.

ANS TV-nin məlumatına görə, komitə sədri Fransada baş verənlərin anti terror koalisiyasının üzvü olan Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini bildirib.

"Azərbaycan da illərdir erməni terrorundan əziyyət çəkir. Bu səbəbdən istənilən terror hadisəsi bizim qınağımıza səbəb olur. Hər nə məqsədlə olursa olsun terrora əl atılması istər-istəməz pislənilir. Bir məsələyə toxunmaq istəyirəm. Qərb mediasında Peygəmbər (s.ə.s) bağlı yerli-yersiz islam dünyasında qıcıq yaradacaq məlumatlar dərc olunur. Bir karikaturun fitnə və fəsadları var. Yəni bu fitnə və fəsadlıq da əks reaksiya doğurur. Gərək bunu yaddan çıxarmasınlar. Əlbəttə bu hadisənin özü də müsəlmanlarla xristianlar arasında yaranmış gərginliyi daha da artıracaq. Eyni zamanda Qərb dünyasında və Qərb ölkələrində islamafobiya gücləndirəcək”, deyə Mübariz Qurbanlı bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=318515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR