Ağır yol qəzası olub

Astarada baş verən yol qəzasında  daha bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Metbuat.az
xəbər verir ki, qəza nəticəsində 1975-ci il təvəllüdlü Xavər Dadaşova ağır xəsarət alaraq Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Qəza zamanı onun boğaz nahiyəsinin kəsildiyi bildirilir.
 Qeyd edək ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb. ”Mercedes” markalı avtomobillə  “VAZ 21099” markalı avtomaşın toqquşub. Bundan əvvəl qəza nəticəsində yaralanan Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədovun ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanaya yerləşdirildiyi bildirilib.
 Faktla bağlı araşdırma aparılır.
 





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR